Bazar , Sentyabr 22 2019
Ana səhifə / Siyasət / İşgəncəyə məruz qalan məhkumun yaxınları ombudsmandan kömək istədilər

İşgəncəyə məruz qalan məhkumun yaxınları ombudsmandan kömək istədilər

13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Rövşən Qərib oğlu Əmirovun yaxınları ombudsman Elmira Süleymanovaya müraciət edərək kömək istəyiblər. Məhkumun yaxınları deyir ki, R.Əmirova işgəncə verilməsi haqda atasının mətbuata müraciətindən sonra ona növbəti dəfə işgəncə verilib. Məhkuma deyiblər ki, şikayətlərinin heç bir nəticəsi olmayacaq və şikayətləri dayandırması tələb olunub. Ombudsmana müraciət edən məhkumun yaxınları ondan xahiş edirlər ki, R.Əmirova baş çəkib ona verilən işgəcə faktlarının araşdırılmasına nail olsun.

“Qaradağ Rayon Prokurorluğuna, şəxsən prokurorun adına yazdığımız şikayətlərə baxan yoxdur. Rövşənin bədəni üzərindəki xəsarətlərin müəyyən olunması üçün məhkəmə-tibb ekspertizasına müraciət etmişik. Hüquq mühafizə orqanları məsələni araşdırmaq istəmir” –deyə məhkumun yaxını bildirib.

Qeyd edək ki, bir neçəgün əvvəl atası Qərib Əmirov “Yeni Müsavat”a müraciət edərək oğluna işgəncə verən vəzifəli şəxsin adını da demişdi. O bildirmişdi ki, müəssisənin dəstə rəisi, baş ədliyyə leytenanatı Elman Nuriyev və onun köməkçisi məhkum Telman Arif oğlu Rəsulov oğlunaqarşı qeyri-insani hərəkətlər ediblər.

Məhkum atasının sözlərinə görə, iyulun 8-də görüşdən sonra oğlundan 5 manat istəyiblər. O da deyib ki, pulu yoxdur. Bundan sonra E.Nuriyev onu otağına aparıb orada işgəncə veriblər.

“Elman Nuriyev oğlumun əllərini tutub, köməkçisi isə 15-lik dəmir su borusu onun böyrəklərinin üstünə zərbələr endirib. Huşu

Huşu itəndən sonra isə paltarlarını çıxarıb lüt şəkildə videoya çəkiblər.Oğluma deyiblər ki, əgər pul verməsən sənin lüt videonu məhkumlara göstərəcəyik. Oğlumdan əvvəl Ceyhun adlı məhkumun videosunu çəkib göstəriblər.Oğlum müəssisə rəisinə bu haqda məlumat verib. Qaradağ rayon Prokurorluğuna da şikayət etmişik” -deyə məhkumun atası bildirmişdi. Məsələ ilə bağlı Penitensiar Xidmətin mövqeyini dərc etməyə hazırıq.

E.MƏMMƏDƏLİYEV

Həmçinin oxuyun

Ermənistan XİN:”Dilqəm və Şahbaz girovluqdan azad edilə bilər”

Ermənistanın xarici işlər naziri Zöhrab Mnasaknyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsində ölkəsinin müdafiə naziri …

Bir cavab yazın