Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Siyasət / “İsfəndiyar Vahabzadənin fikirləri doğrudur, onu müdafiə edirəm” – Deputat

“İsfəndiyar Vahabzadənin fikirləri doğrudur, onu müdafiə edirəm” – Deputat

“Jirinovskinin Azərbaycana qarşı çıxışları əslində müəyyən məqsədə yönələn məsələdir. Onlar nəyəsə nail olmağa çalışırlar. Bəli, biz Jirinovskini tanıyırıq, bu adam mütəmadi olaraq Azərbaycan və Türkiyənin əleyhinə çıxışlar edir”.

Bunu millət vəkili Vahid Əhmədov “Azpolitika”ya müsahibəsində deyib. O, bildirib ki, özü də daxil olmaqla deputatlar, siyasətçilər Jirinovskinin fikirlərinə cavab verib:

“Hətta İsfəndiyar Vahabzadənin Jirinovskiyə sərt cavab verməsi ona qarşı həm daxildə, həm də xaricdə müəyyən fikirlərin səslənməsi ilə müşahidə edildi. 

Ancaq deyim ki, Vahabzadənin fikirləri doğrudur, mən onu bəyənir və müdafiə edirəm. 

Sən Azərbaycan xalqını təhqir edə bilirsənsə, sənin də xalqınla bağlı mən fikir bildirəndə buna niyə etiraz edirsən? Jirinovski kimdir ki, belə fikirlər işlətsin, münasibətləri bir qədər də gərginləşdirsin?

Hesab edirəm ki, bunların hamısı bir mərkəzdən idarə olunur. Əlbəttə, sentyabrda orada seçkilərdir. Ola bilsin Jirinovski həm də fəallaşmaq, müəyyən maliyyə əldə etmək niyyətindədir, amma biz ondan sonra Zaxarovanın da müəyyən fikirlərini eşitdik. Cənab prezident Ermənistanın silahlandırılmasına dair ortaya sərt mövqe qoydu, Zaxarova qayıtdı ki, bu, bizim suveren hüququmuzdur, kimə istəsək silah satarıq. Yəni bütün bunlar təsadüfi deyil”.

Həmçinin oxuyun

Sülhməramlılar erməniləri Xocalıda yerləşdirməyə başladı – ETİRAZ

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabr …