Cümə , Dekabr 9 2022
Ana səhifə / Siyasət / İSBAM Türkiyədə “Şuşa İli”nə həsr olunan silsilə tədbirlər keçirir – (FOTOLAR)

İSBAM Türkiyədə “Şuşa İli”nə həsr olunan silsilə tədbirlər keçirir – (FOTOLAR)

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin 9İSBAM) təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində azərbaycanlı rəssam Əli Təhminənin fərdi rəsm sərgisi açılıb.

Sərgi “Şuşa İli”nə həsr olunub.

Oktyabrın 24-də sərginin rəsmi açılış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən Türkiyənin İnternet Jurnalistləri Federasiyasının rəhbəri Mesut Demir, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş, AK Partinin Bursadan millət vəkili Osman Mesten tədbirin Türkiyə-Azərbaycan qardaşlığı üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

İSBAM sədri Samir Adıgözəlli tədbirdə çıxışında, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan 44 gün davam edən Vətən müharibəsi nəticəsində otuz ilə yaxın işğal altında olan tarixi torpaqlarını azad edilməsini qeyd edib. O, daha sonra bildirib: “Bu tarixi Qələbəyə gedən yolda Türkiyə böyük siyasi və mənəvi dəstəyi ilə daim qardaş Azərbaycanın yanında oldu. Şuşa Bəyannaməsi isə iki qardaş ölkə arasındakı tarixi əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu da iki qardaş ölkə arasındakı ayrılmaz bağların ən böyük nümunələrindən biridir.”

Çıxışçılar işğaldan azad edilən ərazilərdə Azərbaycan dövlətinin apardığı bərpa-yenidənqurma işlərini xüsusi vurğulayıblar.

Tədbir çərçivəsində İSBAM sədri S. Adıgözəlli tərəfindən İGF sədri Mesut Demirə “Zəfər Media” medalı, Alinur Aktaş və Bursa valisi Yakup Canbolata isə Türkiyə-Azərbaycan qardaşlığına verdiyi töhfələrə görə xüsusi plaketlər təqdim edilib.

Sonra rəssamın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həkk olunduqları “Azərbaycan-Türkiyə-dostluq” əsəri Türkiyə Prezidentinə təqdim edilmək məqsədilə ölkənin dövlət rəsmilərinə təhvil verilib.

Tədbirlər QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Üç gün davam edəcək sərgidə rəssamın ümumilikdə 35 əsəri nümayiş etdirilir.

İSBAM nümayəndə heyətinin Bursada görüşləri davam edir.

img
img
img
img
img
img
img
img
img

Həmçinin oxuyun

“Müdrik qardaşım Patriarx Kirillə Azərbaycan xalqı adından minnətdarlığımı ifadə edirəm” – QMİ sədri

30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, …