Çərşənbə , Mart 3 2021
Ana səhifə / Siyasət / İSBAM sədri Samir Adıgözəlli Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb – FOTO 

İSBAM sədri Samir Adıgözəlli Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb – FOTO 

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli Qazaxıstanın Azərbaycandakı səfiri Serzhan Abdykarımov ile görüşüb.

Bu barədə məlumat verən S.Adıgözəlli bildirdi ki, görüş zamanı Azərbaycan və Qazaxıstan arasında mövcud əlaqələr barədə geniş müzakirələr aparılıb.

“İki dövlət arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafı barədə müzakirələr apardıq. Görüşdə, həmçinin, Azərbaycan və Qazaxıstanın ictimai təşkilat və birliklərinin, vətəndaş cəmiyyətinin bu məsələdə oynadığı və oynaya biləcəyi rol, görməli olduğu işlər önə çəkilib vurğulandı. Hər iki ölkənin ictimai sektorunun əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkil olunması, o cümlədən də Türk birliyi ilə bağlı bir sıra layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparıldı”.
Bu il dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinin Qazaxıstanda keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

S.Adıgözəlli vurğuladı ki, rəhbərlik etdiyi təşkilat və onun fəaliyyət istiqamətləri haqqında səfirə məlumat verib və səfir də, öz növbəsində, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə münasibətilə öz təbriklərini çatdırıb. İSBAM rəhbəri tərəfindən səfirə Şuşa ilə bağlı xatirə hədiyyəsi təqdim edilib.

Görüşdə, həmçinin, qurumun departament rəhbəri Şahin Həsənov da iştirak edib.

Həmçinin oxuyun

“Erkən seçkilər Paşinyanın geriyə dönüşü olmayan prosesləri bir az uzatmağa hesablanmış addımıdır”

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın Onik Qasparyanın ordunun baş qərargah rəisi vəzifəsindən azad …