Bazar ertəsi , May 27 2024
Ana səhifə / Siyasət / İSBAM rəhbəri Qırğızıstan səfiri ilə görüşdü – (FOTO)

İSBAM rəhbəri Qırğızıstan səfiri ilə görüşdü – (FOTO)

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri, eyni zamanda, “Böyükmillət.com” media portalının Baş redaktoru Samir Adıgözəlli Qırğızıstanın Azərbaycan Respublikasındakı Səfirliyində olub.

Belə ki, Samir Adıgzəlli səfir Kayrat Mederbekoviç Osmonaliyevlə görüşərək avqustun 21-də Rusiyanın Ulyanovsk vilayətində yol-nəqliyyat qəzası nəticəsində həyatlarını itirən Qırğızıstanın 14 vətəndaşına görə dərindən kədərləndiyini bildirib.

İSBAM sədri səfirə başsağlığı verib, vəfat edənlərin ailələrinə və dost qırğız xalqına Allahdan səbr diləyib.

Sonra isə tərəflər Azərbaycan – Qırğıstan münasibətləri ətrafında geniş fikir mübadiləsi aparıblar.

S.Adıgözəlli Azərbaycanla Qığıstan arasında media və vətəndaş cəmiyyətləri arasında münasibətlərin dərinləşdirilməsi, əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğuıayıb.

Səfir isə İSBAM sədrinə ziyarətinə görə təşəkkür edib və belə görüşlərin münasibətlərin inkişafına təkan verdiyini deyib.

img

Həmçinin oxuyun

Zelenski İlham Əliyevi Sülh Sammitinə dəvət etdi

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: …