Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / İsa Qəmbərin namizədliyi qeydə alındı – Müsavat 70-ə yaxın dairə üzrə DSK-lara sənədləri təqdim edib

İsa Qəmbərin namizədliyi qeydə alındı – Müsavat 70-ə yaxın dairə üzrə DSK-lara sənədləri təqdim edib

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə “Basta”ya Müsavat Partiyası Nərimanov rayon təşkilatının sədri Namiq Niftiyev məlumat verib.

İndiyədək Müsavat Partiyasından Nüşabə Sadıxlı (33 saylı Xətai seçki dairəsi), Arzu Səmədbəyli (8 saylı Binəqədi seçki dairəsi), İkram İsrafil (43 saylı Sumqayıt seçki dairəsi), Vilayət Abuşov (Kürdəmir), Dünyaxanım Cahan (İsmayıllı), Saday Hacılı (Şirvan), Bakıxan Qəribli (Şəki) deputatlığa namizəd olaraq qeydə alınıblar.

Müsavatın seçki qərargahından “Basta”ya verilən məlumata görə, partiyadan 70-ə yaxın deputatlığa namizəd imza vərəqələrini və müvafiq səndələri DSK-ya təqdim edib.

Həmçinin oxuyun

“Putin əslində Rusiya üçün balansı nəzərdə tutur”

“Rusiyan Prezidenti Vladimir Pitin dünən Qarabağla bağlı açıqlama verib. Sayca bu, onun ikinci açıqlamasıdır. Ümumiyyətlə, …