Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Siyasət / İsa Qəmbər: “Yazıçılar Birliyinin qurultayında mənzərə çox acınacaqlı idi”

İsa Qəmbər: “Yazıçılar Birliyinin qurultayında mənzərə çox acınacaqlı idi”

“Yazıçılar Birliyini ötən əsrin 30-cu illərində Stalin yaratmışdı. Məqsədi yazıçıları nəzarətdə saxlamaq olub. Pis, ya yaxşı buna nail olublar. Bilirsiniz, o dövrdə Yazıçılar İttifaqının üzvü olmayan şəxs yazıçı hesab olunmurdu, əsərlərinin çap olunma ehtimalı sıfıra bərabər idi. Düşünülürdü ki, müstəqillik dövrdə bu ənənələrə son qoyulacaq. Yazıçı azad olmalıdır. Bunun üçün müstəqil birliklər də yarada bilərlər, rəqabat yaranar, bu da normaldır. Təəssüf ki, Azərbaycanda belə deyil, sovet dövrünün bərbad, ziyanlı ənənələri davam edir”.

Bunu Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər “Pressklub TV”yə müsahibəsində bildirib.

İ.Qəmbər qeyd edib ki, Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayında baş verənlər müstəqil, inkişaf etməkdə olan dövlətə yaraşmayan hal idi: “Azərbaycan ziyalılar millətin səsi olmağa çalışıblar. Hətta hakimiyyətin tətbiq etdiyi cizgiləri də keçiblər. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması və s. Düşünmək olardı ki, İranda proseslər getdiyi vaxt Yazıçılar Birliyinin qurultayının keçirilməsi yerinə düşüb. Bu məsələyə toxunulmaması acınacaqlıdır. Yuxarıdan tapşırılsaydı, bütöv Azərbaycan barədə fikirlər səsləndirəcəkdilər. Görünür, tapşırıq olmayıb, bunlarda da cəsarət yoxdur ki, çıxış etsinlər. Anar dedi ki, açıq səsvermə ən böyük demokratiyadır. Gizli səsvermədə insanlar daha cəsarətli olurlar. Adamlar indiyədək qəbul etmək istəmirlər ki, demokratiyanın ən önəmli cəhətlərindən biri gizli səsvermədir. İnsanlara o azadlığı vermək lazımdır. İstərdik ki, ziyalılarımız da cəmiyyətə nümunə göstərsinlər. Qurultaydakı mənzərə çox acınacaqlı idi”.

Həmçinin oxuyun

Laçının azad edilməsindən iki il ötür

Laçın rayonunun Ermənistan işğalından azad edilməsindən 2 il ötür.Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə …