Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Siyasət / “İsa Qəmbər səmimi deyil” – Yadigar Sadıqlı

“İsa Qəmbər səmimi deyil” – Yadigar Sadıqlı

Müsavat başqanlığına namizəd Yadigar Sadıqlı  Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin Arif Hacılıya dəstək çıxmasına növbəti dəfə münasibət bildirib.

Başqanlığa namizəd “Facebook” hesabında İsa Qəmbərin səmimi olmadığını yazıb:

“Sözüm İsa Qəmbərin IX qurultayda qalibin bəlli olması fikri haqqındadır. Deyirəm ki, tutalım, Arif Hacılı 60% səs toplayıb qalib gələcəkdi. Normal, demokratik görüntü yaradan rəqəmlərdir də. 60% lehinə, 40 % əleyhinə. İsa Qəmbər də çağırış edib nəyə nail olmaq istəyir, YAP kimi 90% civarında rəqəmlərə? Demək istədiyim odur ki, İsa Qəmbər səmimi deyil, IX qurultayda qalib bəlli deyildi. İndi də əlavə edirəm: Arif Hacılı özü qalib gələcəyinə əmin olsaydı, heç vaxt İsa Qəmbərin dəstək bildirməsinə razı olmazdı”.

Həmçinin oxuyun

“Hətta qələbəmizi də məğlubiyyətə çevirdik” – Jirayr Liparityan

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin atəşkəs bəyanatı faktiki olaraq Qarabağ məsələsini bağlayır. Düzdür, sənəd bunu …