Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət / İsa Qəmbər müayinə üçün Türkiyəyə gedəcək

İsa Qəmbər müayinə üçün Türkiyəyə gedəcək

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müayinə olunmaq üçün Türkiyəyə gedəcək.

“Report”un xəbərinə görə, Müsavat başqanı Arif Hacılı deyib ki, İsa Qəmbər özünü yaxşı hiss edir.

O bildirib ki, İ.Qəmbər Mərkəzi Klinik Xəstəxanadan evə buraxılacaq: “Daha keyfiyyətli tibbi müayinədən keçməsi üçün İsa bəyin Türkiyəyə getməsi yaxşı olar. İsa bəylə Türkiyəyə gedəcəyik. Orada İsa bəy daha keyfiyyətli tibbi müayinədən keçəcək”.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.

İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya yerləşdirilib.

Həmçinin oxuyun

Zahid Oruc: “Ordumuz Qarabağın yarısına nəzarət edir”

“Dünən Ali Baş Komandan İlham Əliyev tərəfindən bəyan edilən 21 kənd və bir qəsəbənin azad …