Ana səhifə / Siyasət / İsa Qəmbər Elçibəyə dair status yazdı

İsa Qəmbər Elçibəyə dair status yazdı

Bu gün milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatının 15-ci ildönümüdür. Eıçibəyin yaxın silahdaşı, onun prezidentliyi dövründə parlament sədri vəzifəsini tutmuş İsa Qəmbər sosial şəbəkədəki səhifəsində Əbülfəz Eıçibəy haqqında status yazıb.
Musavat.com İ.Qəmbərin statusunu təqdim edir:
“Elçibəy hakimiyyət naminə ölmədi və öldürmədi.
Elçibəy xalq və azadlıq naminə yaşadı və öldü.
Elçibəyin hakimiyyətdən devrilməsindən 22 il, dünyasını dəyişməyindən 15 il keçdi.
Bu günə qədər də Elçibəyə əsas qınaq odur ki, niyə hakimiyyəti verdin?
Yəni insanlar başa düşürlər ki, Elçibəyin hakimiyyətdə olması yaxşı idi və davam etməli idi”.
Onu da qeyd edək ki, İ.Qəmbərin paylaşdığı bu şəkil mərhum prezidenti hava limanında şəkilmiş son şəklidir. Həmin vaxt o, Türkiyəyə müalicəyə gedirdi.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın