Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İsa Həbibbəyli Toponimiya Komissiyasının sədri seçildi

İsa Həbibbəyli Toponimiya Komissiyasının sədri seçildi

Milli Məclis yanında Toponimiya Komissiyası sədrinin kimliyi məlum olub. İsa Həbibbəyli Toponimiya Komissiyasının iclasında sədr seçilib.

Qeyd edək ki, dekabrın 1-də Milli Məclisin iclasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Xəritəçəkmə və coğrafi adlar şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova, Milli Məclisin deputatı Nizami Cəfərov, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli, AMEA Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov, Milli Məclisin deputatı Fəzail İbrahimli, Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri İdrak Qarayev, Milli Məclisin deputatı Musa Quliyev, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin üzvü Yaqub Mahmudov, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, AMEA Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri Qara Məşədiyev, AMEA vitse-prezidenti, Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı Milli Məclis yanında Toponimiya Komissiyasının üzvləri seçiliblər.

Onu da qeyd edək ki, İ.Həbibbəyli həm də Milli Məclisin Elm və təhsil komitəsinin sədridir (APA).

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın