Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Siyasət / “İranın yeni rəhbərliyi Azərbaycana qarşı son addımların səhv olduğunu tezliklə anlayacaq”

“İranın yeni rəhbərliyi Azərbaycana qarşı son addımların səhv olduğunu tezliklə anlayacaq”

“Son müşahidələrdən belə nəticəyə gəlmək olur ki, bu, İran tərəfindən səhv addım idi. Çünki Azərbaycan öz ərazisində öz qanunlarının icrasını tələb edir. Və Azərbaycanın niyyəti ondan ibarətdir ki, öz sərhədlərindəki ölkələrlə, o cümlədən İranla, hətta Ermənistanla belə, daim əməkdaşlıq əhval-ruhuyyəsi olsun, sülh olsun.  Konkret İrana gəldikdə, ən azı, orada bizə doğma insanlar yaşayır”. 

Son günlər Azərbaycan-İran münasibətlərində gərginlik yaranmasına gətirən proseslərlər bağlı gəldiyiniz son nəticələr hansıdır” sualına cavabında Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov ifadə edib.  

“Hamının cənab Prezidentin işğaldan azad edilmiş Xudafərin körpüsünü ziiyarət edərkən   söylədiyi sözlər yadındadır. O dedi ki, bundan sonra bu sərhəd əməkdaşlıq və dostluq sərhədi olacaq. Yəni bu baxımdan Azərbaycan öz xoş niyyətini göstərir. Azərbaycanın müstəqilliyini bərpa etdiyi son 30 il ərzində öz ərazisindən İrana qarşı platsdarm kimi istifadə olunmasına imkan verməyib.  Bütün bunları düşünəndə anlamaq olmur ki, İran hakimiyyətində bu ölkə ilə Azərbaycan arasında münasibətlərin kəskinləşməsi kimlərə lazımdır. Yəqin ki, yeni seçilən İran prezidentinin ətrafında müəyyən qüvvələr var ki, süni şəkildə bu gərginliyi yaradırlar.  Amma bu hal uzunmüddətli ola bilməz. Çünki hesab edirəm ki, İranın yeni rəhbərliyi qısa bir müddətdə bu addımın səhv olmasını anlayacaq və buna son qoyulacaq. Mən buna əminəm və heç bir şübhəm yoxdur. Aramızda olan münasibətləri kiminsə xeyrinə olaraq düşmənçilik formasına gətirmək mümkün olmayacaq” – deyə açıqlamasının davamında T. Zülfüqarov bildirib.

Politoloq “İran Xarici İşlər nazirinin müavini Doktor Məhəmməd Kazım SəccadPurun Bakıya səfərindən hansı nəticələr gözləyirsiz?” sualını da cavablandırıb.

“Belə baxıram ki, İranın Xarici İşlər Nazirliyindən səslənən fikirlər həmin ölkənin bəzi güc və təhlükəsizlik qurumlarından səslənən fikirlərdən fərqli tondadır. Və artıq İran Xarici İşlər naziri müavininin Bakıya qədəm qoymasından sonra hadisələrin gedişində müəyyən müsbət irəliləyiş hiss olunur. O, bəyan edib ki,  Azərbaycan İran üçün dost bir ölkədir. Məhz bu da göstərir ki, İran hakimiyyətindəki hansısa dairələr elə İranın öz maraqlarına zidd olan bir vəziyyət yaratmaq istəyirlər.  Və bunun kökündə hansı niyyətlər dayandığını rəsmi Tehran özü araşdırmalıdır”- deyə sabiq Xarici İşlər naziri vurğulayıb./Moderator.az

Həmçinin oxuyun

Əli İnsanovun da partiyası QEYDİYYATA ALINDI – AÇIQLAMA

Azərbaycanda daha bir partiya – Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.Bununla bağlı partiyanın sədri …