Şənbə , Avqust 13 2022
Ana səhifə / Siyasət / İranın XİN başçısı ilə görüşən Azərbaycandakı səfir nazirə hesabat verib

İranın XİN başçısı ilə görüşən Azərbaycandakı səfir nazirə hesabat verib

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfir nazirə rəsmi Tehran və Bakı arasında ikitərəfli əlaqələrin inkişafı haqqında hesabat verib.

Görüşdə Hüseyn Əmirabdullahian qonşu ölkələr, xüsusilə də müsəlman xalqlarla əlaqələrin əhəmiyyətinə işarə edərək, İranın Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələri genişləndirmək əzmində olduğunu vurğulayıb.

Həmçinin oxuyun

Təbriz Musayev: “Göyçəyə, Zəngəzura, Dərələyəzə, Ağbabaya dönüşümüz xəyal yox, reallıqdır”

“Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistanda yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların …