Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Siyasət / İranın XİN başçısı Bakı və Yerevana səfər edə bilər

İranın XİN başçısı Bakı və Yerevana səfər edə bilər

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan mehriban qonşuluq jesti kimi Bakıya və İrəvana səfər edə bilər.

Bunu İran XİN-in rəhbəri “Rossiya-24” telekanalına deyib.

Onun sözlərinə görə, qonşu ölkələrlə əlaqələrin inkişafı İranın yeni hökumətinin əsas prioritetlərindən biridir.

“Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və onlardan biri ilə əməkdaşlıq edib digərinə qarşı işləyə bilmərik. Xarici siyasətimiz balanslıdır. İki gün əvvəl həmkarım, Ermənistanın xarici işlər naziri Tehrana gəlmişdi. Bizim azərbaycanlı həmkarımızın da İrana səfər etmək imkanı olsaydı, yaxşı olardı”, – Abdullahiyan belə deyib.

İranın xarici işlər naziri qeyd edib ki, fürsət yaranan kimi Azərbaycan və Ermənistan paytaxtlarını ziyarət edəcək.

Həmçinin oxuyun

Əli İnsanovun da partiyası QEYDİYYATA ALINDI – AÇIQLAMA

Azərbaycanda daha bir partiya – Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.Bununla bağlı partiyanın sədri …