Bazar , Fevral 25 2024
Ana səhifə / Siyasət / İranın xarici işlər naziri Naxçıvana yeni təyin edilmiş Baş konsulu qəbul etdi (FOTO)

İranın xarici işlər naziri Naxçıvana yeni təyin edilmiş Baş konsulu qəbul etdi (FOTO)

Bu gün İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına təyin edilmiş yeni Baş konsulu Əziz Mənsurini qəbul edib.

Bu barədə İran XİN məlumat yayıb.

Görüşdə Abdullahian İran ilə Azərbaycan arasında qonşuluq siyasəti çərçivəsində əlaqələrə toxunaraq iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Nazir bu xüsusda diplomatik nümayəndəliklərin əhəmiyyətini xatırladıb.

Mənsuri yeni vəzifəsi ilə bağlı iş planını nazirə təqdim edib.

Qeyd edək ki, Əziz Mənsuri bundan əvvəl İran XİN-də çoxtərəfli maliyyə-kommersiya, enerji və nəqliyyat əməkdaşlığı departamentinin rəhbəri vəzifəsində çalışıb. APA

Həmçinin oxuyun

Siyasi Şuranın iclası keçirildi AMİP seçkilərə start verdi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə …