Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / “İranın Ermənistanın qardaşlıq eləməsi, Paşinyanın arvadını…”

“İranın Ermənistanın qardaşlıq eləməsi, Paşinyanın arvadını…”

“İranla bizim aramızda olan düşmənlik artıq terror hadisəsinə çevrilib və bu, əvvəlcədən planlaşdırılmış məsələdir. Çalışırlar ki, bu məsələni ailə zəmninə və digər şəxsi məsələlərə yozsunlar, amma bu, belə deyil”.

Bunu Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Bildirib ki, İranın Azərbaycana qarşı hiddəti çoxdan bəllidir: “İranın Ermənistanın qardaşlıq eləməsi, Paşinyanın arvadını Tehranda qonaq etmələri, ona böyük hədiyyələr vermələri bizi qıcıqlandıran məsələlər idi və düşünürdülər ki, biz onlara qarşı başqa bir addım atarıq. Amma çox təəssüf ki, özləri bu tələyə düşdülər. Çünki İranın Azərbaycana qarşı rəyi heç vaxt düzgün olmayıb və Azərbaycan bu məsələyə qarşı ciddi reaksiya verməlidir”.

“Biz nə qədər susmuşuqsa, həmişə başımıza bu işlər gəlib. Bizi humanistliyimizdən, bu kimi məsələlərə biganə qalmağımızdan gücsüz dövlətə çevirmək fikrindədirlər, amma bu, belə deyil. Düzdür, bizim Ali Baş Komandanın ətrafında satqınlar olsa da, müəyyən xarici kəşfiyyata işləyən adamlar olsa da özü çox cəsarətli və bu işlərə tək də olsa qalib gələn bir insandır. Mən düşünürəm ki, cənab Prezident düzgün vurğulayıb ki, bu, terror aktıdır və biz də bu terror aktını pisləmək haqqında partiya olaraq bəyanat vermişik”-deyə, MMP sədri vurğulayıb.

Siyasətçi əlavə edib ki, İranın Azərbaycanda çox böyük uzantıları var: “Hətta, İranın Azərbaycanda bir beçə partiyaları var ki, o partiyalar İrandan maliyyələşirlər. O cümlədən, parlamentdə İranla həmfikir olan, İranın Azərbaycana qarşı apardığı təbliğata “yaxşı edib” deyən deputatlar da var. İrana qardaş deyən insanlar buna baxmayaraq, peşman olmur və saman altdan su yeridirlər”.

“Düşünürəm ki, bu sahədə Azərbaycan dövlət başçısının yanında olmalı, onunla bir yerdə addımlamalıyıq. Onun ətrafındakı satqın qüvvələr də görməlidir ki, Prezident tək deyil, istər İrana, istər Ermənistana, istərsə də Fransaya qarşı apardığı mübarizdə onu dəstəkləyən güclü qüvvələr var. Ona görə də düşünürəm ki, biz İrana qarşı sərt addımlar atmalı, İranla diplomatik əlaqələri azaltmalıyıq” – həmsöhbətimiz fikrini yekunlaşdırıb./Moderator.az

Həmçinin oxuyun

“Erməni əsgərləri İsrail silahları ilə öldürülüb…” – İran səfiri yenə ermənilik etdi

“İrəvandakı bəzi Avropa səfirlikləri öz “Tvitter” səhifələrində erməni və fars dillərində İranın İsrailə hüquqi cavabı …