İranda 2 il müddətinə həbs edilən Fərid Səfərli oktyabrın sonu azadlığa çıxa bilər.
Bu barədə Cebhe.info-ya onun anası Dilarə Əskərova deyib. O bildirib ki, İran qaydalarına görə, ilk məhkumluqda verilən cəzanın üçdə bir hissəsini çəkəndən sonra məhkum azadlığa buraxılır:
“Hazırda Fəridin vəkili də buna çalışır. D.Əskərovanın sözlərinə görə, F.Səfərlinin vəkili oğlu haqqında çıxarılan hökmdən apellyasiya şikayəti vermək üçün sənədləri hazırlayır”.
Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 1997-ci il təvəllüdlü F.Səfərli bu ilin fevralında İrana səfər edib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, sonradan onunla əlaqə itib. Daha sonra F.Səfərlinin İran rejimi tərəfindən saxta ittihamlarla saxlanıldığı barədə məlumat yayılıb. İyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.