Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / İranda alnına “Qarabağ” yazan 3 azərbaycanlı həbs edilib

İranda alnına “Qarabağ” yazan 3 azərbaycanlı həbs edilib

İranda Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranda yerli ermənilərlə görüşü zamanı Qarabağın Ermənistana məxsus olmasına dair şüarlara etiraz edən 3 azərbaycanlı həbs edilib.

BAKU.WS-in məlumatına görə, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu deyən gənclər İran Təhlükəsizlik qüvvəliri tərəfindən Təbrizdə saxlanılıb. Belə ki, Sulduz şəhər sakinləri olan Ehsan İsmaildoxt, Mehdi Həmzeyi və Babək Siyami yerli ermənilərin qarabağa dair iddialarına ertiraz olaraq alnlarına “Qarabağ” yazaraq “Traxtur”- “Sepahan” oyununu izləmək üçün “Qurd Dərəsi” (Səhənd) stadionuna daxil olmaq istərkən İran təhlükəsizlik xidmətinin əməkdçşaları tərəfindən həbs edilib.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın qaldırılması güney azərbaycanlıların kəskin etirazına səbəb olub.

Həmçinin oxuyun

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.Bunu Qaynarinfo-ya açıqlamasında …