Çərşənbə axşamı , Mart 9 2021
Ana səhifə / Siyasət / İran XİN başçısının məntiqsiz isterikası

İran XİN başçısının məntiqsiz isterikası

İranın XİN başçısı Məhəmməd Cavad Zərif gözlənilmədən, səbəbsiz yerə qalmaqal yaradıb. Bu qədər böyük bir dövlətin baş diplomatı özünü ya kaprizli uşaq, ya da qısqanc ər kimi aparıb. Səbəb Türkiyə prezidenti Ərdoğanın dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradında şair Bəxtiyar Vahabzadənin şeirindən sitat gətirməsi olub.

O, öz Twitter hesabında yazıb: “Prezident Erdoğan Bakıda söylədiklərinin Arazın şimalındakı İran ərazilərinin zorla işğal edilməsinə aid olduğu barədə məlumatlandırılmayıb. Yəni o, Azərbaycan Respublikasının suverenliyini pozduğunu başa düşmürdü?”. Daha sonra Zərif yazıb ki, heç kim “bizim sevimli Azərbaycanımız” haqqında belə danışmaq hüququna malik deyil.

İranlı diplomat bununla nə demək istədiyini, deyəsən, özü də başa düşməyib.

Söhbət Azərbaycan Respublikasının suverenliyindən gedirsə, bu ölkənin öz rəhbərliyi var və o, öz suverenliyini qorumaq iqtidarındadır, burada Tehranın dəstəyinə ehtiyac yoxdur. Və əgər İran azərbaycanlıları bu qədər sevirsə, qoy milliyyətcə azərbaycanlı olan 30 mln. vətəndaşının hüquqlarını təmin etsin.

Bu halda İranın qısqanclığı, çox güman ki, Tehranın Qarabağ münaqişəsinin nizamlanması məsələsindən kənarda qalmasından irəli gəlir. Onillər boyunca İran Ermənistanın əsas iqtisadi tərəfdaşlarından biri olub və bu ölkəyə hər cür yardım edib, sözdə isə Azərbaycana sevgisinə and içib. Azərbaycan məsələni hərbi yolla həll etdikdə isə Tehran “oyanıb” və hər gün Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təkrar edib.

Naxçıvan və Azərbaycanın qalan əraziləri arasında quru əlaqəsinin bərpa edilməsi Tehranın xüsusi narazılığına səbəb olub, çünki artıq İranın xidmətlərinə ehtiyac qalmayacaq. Görünür, Məhəmməd Zərif bütün bu “bədbəxtlikləri” həzm edə bilməyib. /Turan

Həmçinin oxuyun

Ramil Hüseynov tərəfdarları ilə görüşüb

Bu gün Yeni Yol partiyasının təşkilat komitəsinin sədri Ramil Hüseynov partiyanın təşəbbüsçülərinin bir qrupu ilə …