Azərbaycan tərəfi İrandan əməkdaşlıq istəyib və Tehran bunu alqışlayıb”.
Toplum TV “TASNİM”ə istinadən xəbər verir ki, bunu oktyabrın 9-da İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib.
Kənani açıqlamasında, İran ərazisindən keçməklə Azərbaycanın quru yolla Naxçıvanla əlaqəsini bərpa edəcək nəqliyyat keçidini qiymətləndirib.
O, regionda inşa olunacaq dəhlizlərin ölkələrin suverenliyinə və beynəlxalq hüquqa uyğun olaraq yaradılmalı olduğunu vurğulayıb.
“Regiondakı yeni şərtləri nəzərə alaraq, yeni əməkdaşlıq qurmaq imkanı yaranıb. Cənab Mehrdad Bazarpaşın Azərbaycana səfəri və yeni körpünün (Araz çayı üzərində – red.) açılışı İran və Azərbaycan arasında əməkdaşlıq çərçivəsində baş tutub. Biz, prinsipcə, tranzit və regional dəhlizlər sahəsində əməkdaşlığın müzakirəsini dəstəkləyirik, lakin vurğuladıq ki, dəhlizlər ölkələrin suverenliyinə və beynəlxalq hüquqa uyğun olaraq yaradılmalıdır. Səfər zamanı müxtəlif mövzular müzakirə olunub”.
Bildirək ki, oktyabrın 6-da Zəngilanın Ağbənd qəsəbəsində Azərbaycanla İran arasında avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib.