Şənbə , Fevral 27 2021
Ana səhifə / Siyasət / İran və Ermənistan arasında viza rejimi ləğv olunacaq

İran və Ermənistan arasında viza rejimi ləğv olunacaq

Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Tehrana rəsmi səfər edib.

APA-nın Tehran Bürosunun məlumatına görə, E. Nalbəndyanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qarşılayıb.

İki günlük səfər zamanı E.Nalbəndyan iranlı həmkarı və digər rəsmilərlə görüşəcək. Səfər çərçivəsində iki ölkə arasında viza rejiminin ləğvi barədə sənəd imzalanacaq. Sənədə əsasən viza tələb edilmədən İran vətəndaşları Ermənistanda, Ermənistan vətəndaşları İranda 90 gün müddətinə qala biləcəkləklər.

Həmçinin oxuyun

Baş nazir müavinlərinə martın 1-dək qoyulan vaxt bitir

Martın 1-nə sayılı günlər qaldı. 11 yanvarda Moskvada Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş …

Bir cavab yazın