Şənbə , Avqust 24 2019
Ana səhifə / Siyasət / İran “Türk axını” üzrə anlaşmanı alqışlayır – Məcit Bucarzadə

İran “Türk axını” üzrə anlaşmanı alqışlayır – Məcit Bucarzadə

“İran “Türk axını” qaz kəməri layihəsi üzrə Rusiya-Türkiyə hökumətlərarası anlaşmasının imzalanmasından məmnundur.”

SalamNews-un xəbərinə görə, bunu RİA “Novosti”yə PR (İran Milli Qaz Şirkətinin departamenti) rəhbəri Məcit Bucarzadə bildirib.

“Biz Türkiyəyə çox enerji lazım olduğu üçün onun Rusiya ilə “Türk axını” üzrə anlaşmanı imzalamasından şadıq. Qazın Rusiya və ya İran tərəfindən çatdırılması vacib deyil, mühüm olan belə halda ətraf mühitin saxlanılmasıdır.

Rusiyaya gəlincə, İranın bu ölkə ilə gözəl münsibətləri var və bizim bütün dünyada qaz çatdırılması üzrə yaxşı əməkdaşlıq perspektivlərimiz mövcuddur. Rusiya ilə daha sıx münasibətlərin axtarışında olduqca maraqlıyıq.”, – Bucarzadə İstanbulda keçirilən enerji konqresi çərçivəsində söyləyib.

O, regionda bir çox ölkəyə İran qazının lazım olduğunu vurğulayıb: “Bu səbəblə, məsələn, Azərbaycan, Ermənistan, Gürcüstan və Omana qaz çatdırmaq üçün infrastruktur yaratmalıyıq. Ola bilsin ki, hökumətimiz Türkiyə hökuməti ilə bu ölkəyə və ya Türkiyə ərazisindən Avropaya qaz çatdırılması həcminin artırılması haqqında anlaşsın, lakin bu məsələ siyasi bölgüdən asılıdır. Türkiyəyə çatdırmalara qiymət qoyuluşu ilə bağlı heç bir problemimiz yoxdur. Bütün detallar müqavilədə qeyd edilib, qiymətlər və həcmlər üzrə bütün məsələlər həmin müqavilə çərçivəsində müzakirə edilir.”

Xatırladaq ki, Türkiyə ilə Rusiya oktyabrın 10-da “Türk axını” layihəsinin realizəsi üzrə hökumətlərarası anlaşma imzalayıb.

Həmçinin oxuyun

Ərdoğanın partiyasının 18 yaşı tamam oldu – Bakıdan iki fərqli baxış

Həftə sonu Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının 18 ilini təntənəli qeyd …

Bir cavab yazın