Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / İran səfirliyi Tehranda ermənilərin bayraq təxribatına münasibət bildirib

İran səfirliyi Tehranda ermənilərin bayraq təxribatına münasibət bildirib

Səfir Möhsin Pakayin: “Hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilmişdir”
Bu gün sosial şəbəkələrdə İranda qondarma “Dağlıq Qarabağ Respublikası” idmançılarının qatıldığı yarışın fotoları yayılıb. Bu barədə yayılan məlumatda qeyd olunur ki, Tehranda 48-ci erməni Olimpiya oyunları keçirilib, oyunda qondarma “Artsax respublikası” yığması da iştirak edib.
Oyunların açılış mərasimində İran prezidentinin milli və dini azlıqların işləri üzrə xüsusi yardımçısı Əli Yunisinin də iştirak etdiyi iddia olunur. Qeyd edək ki, sosial şəbəkələrdə bu oyunlarda iştirak edən idmançıların və onların geyimlərində qondarma qurumun bayrağının əks olunduğu fotolar da yayılıb. Məsələ ilə bağlı İranın Azərbaycandakı səfiriliyinə müraciət edərək mövzu ilə bağlı münasibət öyrənməyə çalışdıq.
Məlum oldu ki, səfirlik İranda ermənilərin idman olimpiadasının keçirilməsinin və qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndələrinin bu yarışlarda iştirak etməsi barədə xəbərlərlə bağlı səfirin açıqlaması yayılıb. Açıqlamada qeyd olunur ki, tədbir uzun illərdir, İranda milli azlıqların keçirdiyi idman tədbirlərindən biridir:
“İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili bir tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilir. Yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq olaraq bu yarışlarda iştirak etmək üçün dəvət etmişdir və bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməmişdir. Hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılşadırılmadan həyata keçirilmişdir. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak etmişlər”.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın