Ana səhifə / Siyasət / “İran mollaları burunlarını Azərbaycanın daxili işlərinə soxurlar” – BAXCP funksioneri

“İran mollaları burunlarını Azərbaycanın daxili işlərinə soxurlar” – BAXCP funksioneri

İranın din xadimlərinin Azərbaycanın İsraildə səfirlik açmaması üçün ölkəmizə müraciəti Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar arasında çox sərt qarşılanıb.
Bununla bağlı Mia.az saytına açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, İran molla rejiminin bu cür nümayəndələrinin bu cür bəyantları birinci dəfə deyil: “İran mollalarının Müstəqil Azərbaycanın daxili işlərinə qarışmaq, müdaxilə etmək və yaxudda açıq şəkildə desək, burunlarınını soxmaq ilk hadisə deyil. Zaman-zaman bu tip bəyantlarını eşidirik. Molların bu sərsəmləmələri cəmiyyətdə çox aqresiv qarşılanır. Azərbaycan xalqı çox yaxşı bilir ki, torpaqlarımızı işğal edən vəhşi ermənilərə ən böyük dəstəyi verən dövlətlərdən biri də İrandır.
Demək olar ki, Ermənistana Rusiyadan sonra ən çox dəstək verən dövlət İran molla rejimidir. Rusiya hərbi dəstək verirsə, İran enerji-qaz, neft, mazut, iqtisadi, ticari və s. yardımlar edir. Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərdə olan məscidlərdə donuz saxlayır. Məscidlərimizi təhqir edirlər. Iran prezidenti bunu edən Sərkisiyanla doğma qardaş kimi qucaqlaşır, öpüşür, bağrına basır! Hələ bir utanmadan bizə müraciətdə edirlər ki, Azərbaycana hər zaman güclü dəstək olan və torpaqlarımızın müdafiə olunmasında ən müasir hərbi texnikanı satan İsral dövlətində səfirliklər açmıyaq! Ən dəhşətlisi də odur ki, bunu edənlərin arasında İranda yaşayan Azərbaycan türkləri də var. Bu adamlara bizim cəmiyyət satqın kimi baxır. Milli satqınlarımızdır! SSRİ zamanında da bizim ölkədə bu cür satqınlar olub. Ancaq çox geçməyib ki, onlar tarixə qara ləkə kimi düşüblər. Və inanıram ki, bir gün gələcək İranda olan bu milli satqınlarda öz layiqli cavablarını alacaqlar!”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın