Cümə , Dekabr 9 2022
Ana səhifə / Siyasət / “İran İslam Respublikasında baş verən olaylar ümumxalq hərəkatıdır” – AKP

“İran İslam Respublikasında baş verən olaylar ümumxalq hərəkatıdır” – AKP

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin

                                                    B Ə Y A N A T I

            Son vaxtlar İran İslam Respublikasında   yaşanan acı olaylar, İran hökumətinin öz xalqına qarşı zorakı addımları bütün dünyada insan dəyərlərinə qiymət verən qurumlar tərəfindən kəskin pislənilir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi də bu baş verən hadisələrlə əlaqədar öz narahatlığını bildirir və Tehranda, İsfahanda Şirazda, Zəncanda, Qüdsdə şiə müsəlmanları üçün müqəddəs şəhərlər hesab olunan Məşhəd və Qumda, o cümlədən İranın digər bölgələrində polislərin dinc nümayişçilərə qarşı törətdikləri vəhşilikləri kəskin pisləyir və bunun yolverilməz olduğunu bəyan edir.

İranın müvafiq qurumları təcili olaraq demokratik dəyərlərə, insan haqlarına zidd olan bu davranışlara son qoymalı, öz vətəndaşlarına qarşı zorla danışmağı dayandırmalı, bu hadisələr zamanı dünyasını dəyişmiş insanların, maddi və mənəvi cəhətdən zərər çəkmiş vətəndaşların haqlarını tanımalı və minlərlə həbsə alınmış nümayişçiləri azadlığa buraxmalıdır. Sadə insanlara qarşı bu cür xoşagəlməz, qəddar, insan ölümü ilə nəticələnən hadisələr İslamın ali dəyərlərinin daşıyıcısı olan bir dövlətdə yolverilməzdir.

 İran İslam Respublikasında baş verən olaylar ümumxalq hərəkatıdır və etirazların əsas səbəbi xalqın iradəsinə zidd olan, ölkədəki ictimai-siyasi dəyişiliklərə istiqamətlənmiş cəhddir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi İİR-da də baş verən bu hadisələrdən ciddi narahatlığını ifadə edərək, İranın hakim dairələrindən tezliklə bu qanlı qarşıdurmalara son qoymasını, dinc əhaliyə qarşı zorakılıq aktlarını dayandırmasını tələb edir.

Azərbaycan kommunistləri hesab edir ki, etirazçı qüvvələr hakimiyyətin zoru qarşısında əyilməyəcək və onlar beynəlxalq aləmdən aldıqları sağlam dəstək və enerji ilə öz haqlarına qovuşacaqlar.

Rauf  Müslüm oğlu Qurbanov Azərbaycan KP MK -nın sədri,  KPİ – Sov. İKP İK MŞ üzvü.    

Həmçinin oxuyun

“Müdrik qardaşım Patriarx Kirillə Azərbaycan xalqı adından minnətdarlığımı ifadə edirəm” – QMİ sədri

30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, …