Çərşənbə , Mart 27 2019
Ana səhifə / Siyasət / “İran erməni faktorunu Azərbaycana və Türkiyəyə qarşı istifadə edir”

“İran erməni faktorunu Azərbaycana və Türkiyəyə qarşı istifadə edir”

“Ermənistan kimi işğalçı bir ölkəni dəstəkləmək Tehranın daha çox işinə yarayır”

İşğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın İranda çox səmimi qarşılanması Azərbaycanda haqlı olaraq sərt etirazlarla qarşılanıb. Ermənilər isə Paşinyanın qarşılanma mərasimindən, həmçinin səfərin nəticələrindən çox məmnun qalıblar. Paşinyanı Tehranın Səidabad sarayında isti qarşılayan prezident Həsən Ruhani təntənəli qarşılama mərasimindən sonra onunla bağlı qapılar arxasında danışıqlar aparıb. Danışıqların ortaya çıxan detallarından bəlli olur ki, Tehran müsəlman qonşusunun torpaqlarını işğalda saxlayan ölkəni blokadadan çıxartmaq üçün əlindən gələni edəcək.  

Məlumata görə, İran Ermənistana ixrac etdiyi təbii qazın həcmini artırmağa hazırdır. Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Tehranda Ermənistan baş naziri Nikol Paşinyanla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib. “Qaz sferasında əməkdaşlıqla bağlı İranın Ermənistana qaz tədarükü həcmini artırmağa hazır olduğunu ifadə etdik. Biz həmçinin Gürcüstana qaz ixracı üzrə üçtərəfli formatda, eləcə də enerji sahəsində Rusiya ilə birgə dördtərəfli formatda əməkdaşlığa da hazırıq” – Ruhani vurğulayıb.

N.Paşinyan isə bildirib ki, Ermənistanın İrandan qaz tədarükünü artırması məsələsində qiymətlə bağlı ortaq məxrəcə gəlmək vacibdir: “Bu, anlaşmanın cəlbediciliyi kontekstində prinsipial olaraq vacib məsələdir. Ümid edirik ki, bizim nümayəndələrimiz bu istiqamətdə effektiv danışıqlar aparacaqlar”.

“İran-Ermənistan münasibətləri müsbət məcrada inkişaf edir. İran bölgədə Ermənistanı dəstəkləyən ölkələrdən biridir, bu da sirr deyil. İki ölkə arasındakı münasibətlər əsasən regional mənfəətlər üzərində qurulub, bunu unutmamaq lazımdır”.

toğrul ismayıl ile ilgili görsel sonucu

Bunu politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspertin sözlərinə görə, İran erməni faktorunu həm Azərbaycana, həm Türkiyəyə qarşı məharətlə istifadə etməyə çalışır. Bu səbəbdən Paşinyanın İran səfəri və orada “özünü göstərməsi” təsadüfi hadisə deyil. Bunu da unutmamaq lazımdır ki, İran Azərbaycanı xüsusilə də enerji layihələrində özünə rəqib görür. Digər tərəfdən də burada ciddi bir faktor var. Bu da İran içərisində 35 milyon civarında Azərbaycan türklərinin yaşamasıdır. Bu da İran üçün təhdid sayılır. Bu səbəbdən şimalda güclü bir Azərbaycan İranın işinə yaramır. Çünki həm say etibarilə türklər çoxluq təşkil edir, bu da digər tərəfdən, daxildə milli şüurun artmasına rəvac verəcək. Həmçinin Türkiyə və Azərbaycan arasındakı inteqrasiya da İranın planlarına daxil deyil. Ona görə də bu məsələdə Ermənistan kimi işğalçı bir ölkəni dəstəkləmək Tehranın daha çox işinə yarayır. Mən burada yeni bir şey görmürəm, müşahidə etdiklərimiz təəccüblü deyil”. O ki qaldı Ermənistana dəstək məsələsinə, T.İsmayıl dedi ki, İran həmişə bunu edib və etməkdə də davam edəcək: “Dediyim kimi, bunun təməlində dayanan əsas məsələ İranın regional siyasəti, maraqlarıdır”.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycan torpaqlarının İrana “məxsus olduğunu” iddia etmişdi. Bunun ardınca onun işğalçı ölkə liderinə qucaq açması təsadüf sayıla bilməz.

İranda rəsmi səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan Tehranın “Ararat” klubunda erməni icması ilə görüşü zamanı qaldırılmasına icazə verilən plakatda ermənicə “Qarabağ Ermənistanındır və Son” sözləri yazılıb.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə qeyd etdi ki, Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır: “Ancaq özünü Azərbaycana dost adlandıran dövlətdə Ermənistanın baş nazirini qəbul etmək, üstəgəl, zalda separatçıların bayraqlarının və şüarlarının yayılmasına imkan yaratmaq doğru deyil. Azərbaycan XİN də məsələyə reaksiya bildirməlidir ki, niyə Tehranın mərkəzində separatçıların bayrağının və şüarlarının yayılmasına şərait yaradılıb? Şübhə etmirəm ki, Azərbaycan prezidenti Tehranda azərbaycanlılarla görüşdə ”Cənubi Azərbaycan İran deyil” şüarı açılsaydı, Tehran bunun dərhal qarşısını alardı”.

Bəzi ekspertlər hesab edir ki, İranın işğalı stimullaşdırma siyasətinin cavabı olaraq Azərbaycan ABŞ və İsraillə əlaqələrini daha da inkişaf etdirməli, Qərbin İrana sanksiya tətbiqinə dəstək verməli, həmçinin dəmir yolu çəkilişi ilə əlaqədar İrana kredit ayrılmasından imtina etməlidir. Xatırladaq ki, Azərbaycan illərdir davam edən təzyiqlərə baxmayaraq, öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməyib. Müsəlman qonşumuz isə bütün bunların qarşılığında Paşinyana qucaq açdı.

Həmçinin oxuyun

Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və …