Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İran-Azərbaycan sərhəddində silahlı insident…

İran-Azərbaycan sərhəddində silahlı insident…

İran-Azərbaycan sərhəddini qanunsuz keçmək istəyən bir qrup şəxslə Dövlət Sərhəd Xidmətinin əməkdaşları arasında silahlı qarşıdurma baş verib.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, bir qrup şəxs İran ərazisindən Azərbaycanın dövlət sərhədini Cəlilabad rayonu ərazisində qanunsuz keçməyə cəhd göstərib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşları bununla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Əməliyyat nəticəsində həmin şəxslərin qanunsuz keçidinin qarşısı alınıb və onlar silahlı müqavimət göstərərək geri çəkiliblər.

Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülüb.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın