Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət /  İradə Gülməmmədovadan növbəti əcaib hərəkət – bazar  üçün uyğunsuz yer seçilib

 İradə Gülməmmədovadan növbəti əcaib hərəkət – bazar  üçün uyğunsuz yer seçilib

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ilə bağlı AzToday.az-a ilginc material daxil olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın “adamı” hesab edilən bu xanım 1998-ci ildən təmsil etdiyi Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycanın sabiq prezidenti Heydər Əliyev portretinə qarşı  hörmətsizlik edib.

Özü də bu hörmətsizlik abşeronluların, konkret olaraq Mehdiabad qəsəbəsinin sakinlərinin gözü qarşısında baş verib.
Məlumata görə, həkimlik peşəsini icra başçısı kreslosunda da bir an belə unutmayan xanım Mehdiabad qəsəbəsinin girişindəki Heydər Əliyevin böyük posterini “kəsib doğrayıb” və yerində tikinti bazarı açıb. Orada hazırda qum, çınqıl, mişar daşları satılır.

Gələn gündən Abşeron rayonunu “dostu” Zakir Fərəcov kimi bazara çevirən İradə Gülməmmədova özünü rayon sakinləri önündə gülməli vəziyyətə salıb.

Eyni aqibəti Zakir Fərəcov da yaşayır. O, Sumqayıt şəhərinin girişindəki ağacları kəsib doğrayaraq guya yolu genişləndirmək istəyib. Nəticədə isə yol əvvəlki ölçüsündə qalıb, şəhərin bu səmtdən girişi isə yolux cücəyə bənzəyir. Düzdür, o ərazidə yeni ağaclar salınsa da əvvəlki mənzərini heç cür əvəz edə bilmir.

Görünür, Zakir Fərəcovun hansısa yollarla prezidenti aldararaq ona “təqdim etdiyi” bu yeni “icra başçısı “müəllimindən” yaxşı dərs öyrənib və ölkənin xüsusi atrubutlarına qarşı hörmətsizliklərini davam etdirir.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov Heydər Əliyevin posterinin sökülməsini qəsəbədə abadlıq və quruculuq işləri ilə əlaqələndirib.

Maraqlıdır, görəsən niyə məhz bu “quruculuq işlərində” Heydər Əliyev hədəf seçilib.

Xatırladaq ki, İradə Gülməmmədovanın “bu özbaşınalığı” hələ bir müddət əvvəl Xırdalan şəhərinin girəcəyindəki Heydər Əliyevin nəhəng posterinə qarşı da törədilmişdi. O zaman həmin poster qəfil yoxa çıxmışdı. Və bu günün özünədək o posterin harada olduğu məlum deyil.

Sabiq deputat Etibar Hüseynov da bununla bağlı öz etirazını yazdığı statusla kəskin şəkildə bildirmişdi.

 

Mövzu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın