Cümə , Avqust 12 2022
Ana səhifə / Siyasət / “İrəvanla münasibətlərin normallaşmasına maneələrdən biri erməni diasporudur“

“İrəvanla münasibətlərin normallaşmasına maneələrdən biri erməni diasporudur“

Türkiyə Ermənistana Ankara və ya Yerevanda növbəti normallaşma görüşünü keçirməyi təklif edib, lakin indiyədək heç bir cavab yoxdur.

Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Ankaradakı diplomatik mənbə bildirib.

“Əgər söhbət iki ölkə arasında münasibətlərin normallaşması prosesindən gedirsə, danışıqların üçüncü dövlətlərin, qüvvələrin iştirakı olmadan baş tutması məntiqli olardı. Biz Ankara və ya İrəvanda görüş keçirməyi təklif etmişik, lakin hələlik cavab almamışıq”, – deyə Rusiya agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına maneələrdən biri də erməni diasporunun təzyiqidir. “Bəzi hallarda proses sabotaj edilir. Amma ümid edirik ki, normallaşma prosesi davam edəcək”, – deyə mənbə əlavə edib.

Həmçinin oxuyun

Şuşada Türkiyə konsulluğunun açılması təklif edildi

“Qafanda konsulluq açırlar (İranı nəzərdə tutur-red), xeyirli olsun! Bəlkə darıxmasınlar deyə biz də təcili Şuşada …