Ana səhifə / Siyasət / İrəvan 140 erməni məhbusun Bakıdan qaytarılmasını tələb edir – RBK

İrəvan 140 erməni məhbusun Bakıdan qaytarılmasını tələb edir – RBK

10 Noyabr tarixli Dağlıq Qarabağdakı müharibəyə son qoyan üçtərəfli razılaşmanın səkkizinci bəndinə görə, Ermənistanla Azərbaycan arasında hərbi əsirləri və digər məhbusları, eləcə də ölənlərin cəsədlərini mübadilə etməli idi.

Azərbaycan bütün əsirlərini qəbul etdi – bunu həm münaqişə tərəfləri, həm də Rusiya təsdiqləyir. RBK-ya verdiyi müsahibədə rusiyalı diplomatik mənbə və erməni tərəfdən məlumatlı bir həmsöhbət tərəfindən təsdiqlənən məlumata görə 140-dan çox ad hələ də erməni əsir mübadilə siyahısında yer almaqdadır.

Ermənistan Xarici İşlər Nazirliyi, məlumatın qapalı olduğunu əsas gətirərək RBK-nin sorğusuna cavab olaraq məhbusların dəqiq sayını bildirməyib.

Yanvarın 11-də Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağda müharibə bitdikdən sonra ilk görüşündə iki əsas məsələ müzakirə olunmuşdu: bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və əsirlərin mübadiləsi. Əlaqələrin bərpası ilə bağlı razılığa gəlmək mümkün oldu – 30 yanvarda işçi qrupunun ilk iclası keçirilməlidir, lakin ikinci məsələdə irəliləyiş olmadı.

Azərbaycan terrorçu hesab etdiyi şəxslərin mübadilə edilməməsini israrla tələb edir, çünki onlar döyüş əməliyyatları bitdikdən sonra ələ keçirilib, bəziləri isə “Muzdluluq”, “Terrorçuluq” və “Hərbi Cinayətlər” kimi 3 maddə ilə ittiham olunur. Ölkənin  Xarici İşlər Nazirliyi bunu RBK-nin rəsmi müraciətinə cavab olaraq bildirib. Nazirlik ayrıca razılaşmalara uyğun olaraq 60 nəfərin İrəvana qaytarıldığını da təsdiqləyib. Bu açıqlamaya baxmayaraq, 28 yanvarda beş məhbus Rusiyanın vasitəçiliyi ilə Azərbaycandan Ermənistana qayıtarılıb.  Onları xüsusi aviareysdə Qarabağdakı Rusiya sülhməramlı missiyasının komandanı Rüstəm Muradov müşayiət edib.

Həmçinin oxuyun

Bu partiyalar YAP-la birləşmək istəmirlər

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçiriləcəyi ilə bağlı yayılan xəbərlər fonunda bir-neçə siyasi təşkilat …