Çərşənbə , Mart 3 2021
Ana səhifə / Siyasət / İqbal Ağazadə: “Siyavuş Novruzov tələbələrlə bağlı bu fikri bilərəkdən səsləndirib”

İqbal Ağazadə: “Siyavuş Novruzov tələbələrlə bağlı bu fikri bilərəkdən səsləndirib”

“İqtidarda hamı ağıllı danışsaydı, pisi kimin ayağına yazardılar? Bəzi adamlar ona görə belə danışırlar ki, pislikləri onların ayağına yazsınlar. Axı pis işlər kimlərinsə arasında bölünməlidir”.

Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ.Ağazadə bildirib ki, bu missiya daha çox parlamentin üzərinə düşür: “Siyavuş Novruzov bilmir ki, tələbə olmayan özünə iş tapa bilmir, tələbə haradan tapacaq? Bilərəkdən deyir. Ona görə deyir ki, desinlər, Siyavuş Novruzov pisdir. Parlamentin yararsız obrazını yaradıblar. Cəmiyyət parlamentin yararlı olduğunu görərsə, oraya yararlı insanın seçilməsi üçün dəridən-qabıqdan çıxar. İndi isə deyirlər ki, parlamentdə oturan o adamlardırlarsa, nəyə lazımdır?! Ona görə parlamentə kiminsə seçilməsi üçün mübarizə aparılmır. Düşünürlər ki, boş-boş danışırlar, nəyi həll edirlər ki?! Sistemi bu şəkildə mənasızlaşdırırlar”. Pravda.az

Həmçinin oxuyun

YAP-ın yeni icra katibi kim ola bilər?

Sfera.az-a daxil olan məlumata görə, Mübariz Qurbanlı YAP-ın icra katibi vəzifəsində Əli Əhmədovu əvəzləyəcək. Hal-hazırda …