Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Siyasət / İqbal Ağazadə: “İranda ciddi hərəkətlənmə başlayıb”

İqbal Ağazadə: “İranda ciddi hərəkətlənmə başlayıb”

“İranda ciddi hərəkətlənmə başlayıb. Bu gün səhər saatlarından İsfahan və Təbrizdən ordu hissələri Tehrana aparılıb. Güman edilən versiya budur ki, İranın dini rəhbəri Xameneyi dünyasını dəyişib. Hakimiyyət içərisində ciddi qarşıdurma var. Yeni dini rəhbərin kim olacağı barədə bir neçə qrup və maraqlı dövlətlərin mübarizəsi gedir. Güney Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayacaq. Bunu bilən fars hakimiyyəti güneyli liderlərin və fəalların hərəkətlərini, evlərini tam nəzarətə götürüb. Həbslər və terror da gözlənilir”.


Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.


İ.Ağazadə güneyliləri birliyə və ayıq-sayıqlığa, vahid mövqe nümayiş etdirməyə çağırıb: “Hər kəs bir nəfər üçün, hamı AZƏRBAYCAN üçün… Heç bir təxribata uymadan, vahid milli cəbhədə birləşərək, addım-addım istiqlalımıza yürüməliyik. Rejimi kimsə qoruya bilməyəcək. Biz Güney Azərbaycanın istiqlalı üçün sistemli, ardıcıl, qətiyyətli mübarizə dönəminə qədəm qoyuruq. Qazavatımız mübarək olsun! Tanrı istiqlal mücadiləmizdə bizi utandırmasın. Hər şey Azərbaycan və onun bütövlüyü üçün!”

Həmçinin oxuyun

Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun …