Şənbə , Dekabr 3 2022
Ana səhifə / Siyasət / İqbal Ağazadə Etibar Məmmədovu hədəf aldı: AMİP cavabı gecikdirmədi

İqbal Ağazadə Etibar Məmmədovu hədəf aldı: AMİP cavabı gecikdirmədi

Ümid Partiyasının sədri İqbal Ağazadə AMİP lideri Etibar Məmmədova qarşı kəskin ittihamlar səsləndirib.

İqbal Ağazadə bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib. 

“Etibar Məmmədov boyundan böyük şeylər danışır. Bu xalq Etibarın nə Lefertovadan çıxdıqdan sonra üzərinə qoyulmuş vəzifəni, (AXC-ni parçalamağın), nə Laçın və Şuşanın verilməsindəki, nə də 1993-cü il qiyamındakı rolunu unudub. İstəsə, danışarıq. Siyasətdən hansı şərtlərlə getdiyi də bəllidir. Danışanda ərkanı gözləsin”-İqbal Ağazadə belə qeyd edib. 

AMİP-dən İqbal Ağazadəyə cavab gecikməyib. AMİP Siyasi Şurasının üzvü Əli Orucov ona belə cavab verib:

“Etibar Məmmədovun güya seçki bloku yaratması barədə qeyri -ciddi və əsassız bir məlumat uydurulub. Özünü siyasətçi adlandıran bəziləri də bu şaiyə ətrafında ciddi- ciddi güya fikir səsləndiriblər. Həm də özlərində müştəbehlik edərək. Bunlardan biri də “Ümid”in sədri İqbal Ağazadədir. İqbal Ağazadə elə danışır ki, xalqın, millətin ümidi elə onun “Ümid”inə bağlıymış və özü də yekə bir siyasətçiymiş. Ramiz Mehdiyevin və MTN-nin (ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi-red. )hesabına və bir şilləyə lideri dediyi şəxsi satdığına görə deputat mandatı almaqla böyük siyasət adamı olmaq olmur. Etibar bəyin hər müsahibəsi belələrini möhkəm silkələyir və səksəkəyə salır. Pusquda durmaqda davam edin”.

Xatırladaq ki, mətbuatda Etibar Məmmədovun seçki bloku yaratdığına dair xəbərlər yayılıb. 

Bloka İqbal Ağazadənin da daxil olduğu bildirilir.

Cebhe.info

Həmçinin oxuyun

“Ramiz Rövşən həmişə müxalifətdə olub, amma hökumət ona ev bağışlayıb…” – Deputat

“Əlisa Nicatı yaxşı tanıyıram. Bəli, təkəbbürlü, öz sözünü deyən adamdır. Bir yerdə on il işləmişik. …