Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Siyasət / İqbal Ağazadə: “Araik Artunyan bizdən qorxub qaçıb gizlənməli idi”

İqbal Ağazadə: “Araik Artunyan bizdən qorxub qaçıb gizlənməli idi”

“Müharibə bitməyib. Kim hesab edir ki, müharibə bitib? Sabah Xankəndi, Xocavənddə, Xocalıda nələrin baş verəcəyini bilirsinizmi? Ermənilər Xocavənddə Qaregin Njdenin heykəlini ucaldıblar. Araik Artunyan bəyanatlar verir…”

Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ.Ağazadə bildirib ki, müharibə hərb meydanında dayanıbsa, masa arxasında davam etməlidir: “Araik Artunyan kabineti toplayır, “Artsax”ın müstəqilliyindən danışır. Azərbaycanın Baş Prokurorluğu Araik Artunyana cinayət işi açıb, onu axtarışa verib. Sülhməramlılarla söhbət bu olmalı idi ki, Araik Azərbaycana təhvil verilsin. Araik Artunyan bizdən qorxub qaçıb gizlənməli idi. Əvəzinə nə olur, qondarma qurumun bayrağı altında sülhməramlılarla Dağlıq Qarabağ məsələsini müzakirə edir…”

Həmçinin oxuyun

“Laçın dəhlizinin Ermənistan-Azərbaycan sərhədinə baxan ağzını bağlamalıyıq”

Rusiya sülhməramlılarının vaxtaşırı sərgilədiyi davranışlar Azərbaycan ictimaiyyəti tərəfindən narazlıqla qarşılanır. Növbəti dəfə sülhməramlı kontingentin hərbçilərinin …