Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “iPhone SE” nə zaman satışda olacaq? – Azərbaycanda

“iPhone SE” nə zaman satışda olacaq? – Azərbaycanda

Xəbər verdiyimiz kimi, ötən həftə “Apple” markası yeni “iPhone SE” modelini təqdim edib. “iPhone SE” 31 martdan etibarən ilk olaraq ABŞ, Almaniya, Avstraliya, Çin, Fransa və bir çox inkişaf etmiş ölkələrdə satışa çıxarılacaq.

Türkiyədə isə yeni model aprelin 7-dən satışda olacaq.

“Qafqazinfo”nun əməkdaşı “iPhone”un yeni modelinin ölkəmizdə nə vaxt satışa çıxarılacağını öyrənmək üçün bir neçə telefon mağazalar şəbəkəsinə zəng vurub.

“WorldTelecom” şirkətindən yeni modelin gələn aydan satışa çıxarılacağı bildirilsə də, “İrşad Electronics”dən bu barədə hər hansı bir məlumatlarının olmadığını qeyd edilib:

“Yeni modelin ölkəmizdə nə vaxt satışa çıxarılacağı və qiyməti barədə məlumatımız yoxdur”.

Qeyd edək ki, “iPhone SE”adlandırılan modelin ekran böyüklüyü “iPhone 5s”lə eyni ölçüdə, xüsusiyyətləri isə “iPhone 6s”ə yaxındır. 16 gb-lıq modelin qiyməti 399, 64 gb-lıq modelin qiyməti isə 499 dollardır. Türkiyədə stış üçün qiymət qiymət 1999-2399 lirə arasında müəyyənləşib.

 

“iPhone SE” nə zaman satışda olacaq? -  Azərbaycanda

 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın