Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / “ıPhone 7″nin satış vaxtı bilindi – 18 oktyabr

“ıPhone 7″nin satış vaxtı bilindi – 18 oktyabr

“Apple” şirkətinin yeni “ıPhone” modelinin bazara çıxarılacağı tarixi açıqlanıb.
ANS PRESS-in məlumatına görə, yeddinci nəsil “Apple” smartfonları 25 sentyabr tarixində satışa çıxarılacaq. Smartfonların ilkin sifariş qəbuluna gözlənildiyi kimi 18 sentyabrda başlanacaq. Güman edilir ki, “Apple” yeni model telefonların dizaynında elə də ciddi dəyişiklik etməyəcək.
Yeni “ıPhone” modeli barədə ilk şayiələr 13 mayda yayılmışdı. Bildirilirdi ki, yeni model əvvəlkindən güclü kamerasına və funksionallığına görə seçiləcək. Mobil qurğunun ölçüləri “iPhone 6” və “iPhone 6 Plus”la təxminən eyni olacaq. Telefonun diaqonalları 4,7 və 5,5 düym ölçüsündə olacaq.
Xatırladaq ki, “Apple” “iPhone 6” və “iPhone 6 Plus”u ötən il 9 sentyabr tarixində təqdim etmişdi. Amma qurğuların satışı ABŞ-da, Avstraliyada, Böyük Britaniyada, Almaniyada, Honkonqda, Kanadada, Puerto-Rikoda, Sinqapurda, Fransada və Yaponiyada 19 sentyabrda başlamışdı. Bazara çıxarılan mobil qurğular ilk üç gün ərzində 10 milyondan çox satılmışdı.

 

Həmçinin oxuyun

Putin: “Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”

“Rusiya hər zaman təkcə Ermənistanla deyil, Azərbaycanla da xüsusi əlaqələrə malik olub”. APA-nın Moskva müxbirinin …

Bir cavab yazın