Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “iPhone 6s” və “iPhone 6s Plus” təqdim edildi

“iPhone 6s” və “iPhone 6s Plus” təqdim edildi

“Apple” şirkəti ABŞ-ın San Francisco şəhərində yeni məhsullarının təqdimatını reallaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, “Apple CEO”su Tim Cookun da qatıldığı mərasimdə “iPhone 6S”, “iPhone 6S Plus” və “iPad Pro” təqdim edilib.

Təqdimatda “Apple Watch” və “Apple TV”dəki yeniliklərin detalları texnologiya sevərlərinə tanıdılıb.

“iPhone 6S” “3D Touch”və 4K video çəkilişi kimi xüsusiyyətlərə sahibdir. “3D Touch” sayəsində bir toxunuşda barmağınızı qaldırmadan birdən çox funksiya reallaşdırma imkanı verir.

Cihaz toxunmanın təzyiqini da qəbul edə bilir. “iPhone 6” və “6 Plus” modellərində 1GB RAM istifadə edən şirkət bu dəfə “iPhone 6S”də 2GB RAM-dan istifadə edib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın