Bakının İçərişəhər ərazisində ucaldılan “Dəmir Yumruq” abidəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Bir çox tanınmış şəxslər həmin abidəni tənqid ediblər.
Bəzi sosial şəbəkə istifadəçiləri isə sözügedən abidəyə görə, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayevi qınayıblar.
Xatırladaq ki, bu ilin martında Gənclər və idman nazirinin keçmiş müavini İntiqam Babayev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri təyin edilib.
Demokrat.az