Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / İntihar edən əsgər Xanəli Fəttayev torpağa tağşırıldı – FOTOLAR

İntihar edən əsgər Xanəli Fəttayev torpağa tağşırıldı – FOTOLAR

Yanvarın 29-da ermənilərlə həmsərhəd olan Tovuz rayonunun Əlibəyli kəndində təmas xəttində intihar edən əsgər Xanəli Fəttayevin cənazəsi ötən gün gecə satlarında ailəsinə verilib. O, bu gün yaşadığı Binə qəsəbəsi “Südçülük Savxozu” adlı ərazidəki qəbiristanlıqda torpağa tapşırılıb.  
Musavat.com-un müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, əsgərin dəfni zamanı izdiham yaşanıb. Müdafiə Nazirliyinin nümayəndələri, əsgərin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edirlər.
Əsgər Xanəli Fəttayevin atası Qəribəli Fəttayev “Yeni Müsavat”a danışaraq, oğlunun intihar etməsi ilə bağı yayılan xəbərlərə də münasibət bildirdi:  “Oğlum vətən uğrunda şəhid olub. İntihar etməyib. Özüm yarasına baxdım, qabaqdan ürəyinin aşağı hissəsindən güllə yarası alıb. Ekspertiza da düşmən gülləsinilə şəhid olduğunu təsdiqlədi. Vətən sağ olsun”.
Qeyd edək ki, bu gün Müdafiə Nazirliyindən bildirilib ki, hərbi qulluqçu qeyri-döyüş şəraitində, özünəqəsd nəticəsində həlak olub: “İlkin araşdırmalar göstərdi ki, intiharın xidməti fəaliyyətlə əlaqəsi aşkar edilməyib. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb, araşdırma aparılır. Eyni zamanda sosial şəbəkə istifadəçilərini və elektron kütləvi informasiya vasitələrini Silahlı Qüvvələrin fəaliyyəti, xüsusilə cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dəqiqləşdirilməmiş, qeyri-rəsmi məlumatları yaymamaları barədə növbəti dəfə xəbərdar edirik”.








Həmçinin oxuyun

“Xəyallarımız, hədəflərimiz puç oldu” – Paşinyanın qızı

Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Maryam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı …

Bir cavab yazın