Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İnsan alverində təqsirləndirilən qadın apellyasiya şikayəti verib

İnsan alverində təqsirləndirilən qadın apellyasiya şikayəti verib

İnsan alverində təqsirləndirilən Sima Ramazanzadə barəsindəki məhkəmə hökmündən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası aprelin 20-nə təyin edilib.

İşə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, S.Ramazanzadə azərbaycanlı bir qrup qadını fahişəliyə cəlb etməkdə təqsirli bilinib. O, 2015-ci ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

S.Ramazanzadə Cinayət Məcəlləsinin 144-1.2.5-ci (insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilib.

2016-cı il mart ayının 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ramazanzadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın