Çərşənbə , May 22 2019
Ana səhifə / Siyasət / İnkişaf etmiş ölkələrdə varlıların niyə varlı olduğunu bilmək istəyirsiniz?!

İnkişaf etmiş ölkələrdə varlıların niyə varlı olduğunu bilmək istəyirsiniz?!

Onlar işçilərinə dəyər verirlər, onların biliklərinə, korporativ dəyərlərə, işçi və müştərilərinə qarşı sosial məsuliyyətə, işçilər arasında münasibətlərə üstünlük verirlər, korporativ birgə tədbirlər, aksiyalar keçirilir, birgə istirahət mərkəzləri, gəzintilərə, nahar və ya şam yeməklərinə gedirlər, asudə vaxtlarını belə dost mühiti şəraitində keçirirlər. Onlıarda iş yoldaşın həm də dostun olur…
Onlar öz işçilərinə xərc çəkməkdən, onların yüksək nəticə verən işlərini mükafatlandırmaqdan ehtiyat etmirlər.
Bizdə real vəziyyətin necə olduğunu çox adam bilir. Düzdür, istisna hal kimi, bəzi holdinq şirkətlər, xarici kapitala malik şirkətlər bu model ilə gedirlər və işçilərinə dəyər verirlər və onları stimullaşdırırlar, qeyri-maddi motivasiyalarına səbəb olurlar. Onlar anlayırlar ki, ən uğurlu sərmayə işçisinə, onun biliyinə, iş təcrübəsinin artırılmasına edilən sərmayədir. Bu gün 1000 manat işçisinə xərc çəkərsə, o işçisi ona 10000 manat gəlir gətirə bilər…
Azərbaycanda, ümumiyyətlə şərq psixologiyasında sərmayə (istər maddi, istər qeyri-maddi, mənəvi sərmayə) anlayışı tam qəbul edilmir. Qeyri-maddi anlamda, sərmayə insana olan xoş münasibət və edilən yaxşılıqlardır. Bəzi insanlara sərmayə etdikcə, mənfəət (mənəvi sahədə müsbət nəticə) əldə etməkdənsə, zərərə (mənfi nəticə və qədirbilməzlik, minnət və broclu çıxarılma) uğrayırıq. Sərmayə etməyi bacaran və sərmayə anlayışından xəbərdar olan dövlətlərdə sərmayə mədəniyyəti, prinsipləri var, qarşılıqlı anlayış, etibar vardır, etimad doğrulur. Bizdə nə sərmayə mədəniyyəti var, prinsiplərə əməl edilmir, sərmayədar ilə sərmayəni cəlb edən tərəflər arasında qarşılıqlı anlayış, etibar yoxdur və etimadlar doğrulmur. Bəzən ona görə ki, verilən və tələb edilən zaman çox qısa olur…
Elə sərmayə edilməli olan sahələr var ki, yeni sahələrdir, yüksək gəlir gətirəcək, uzunmüddətlidir, risklilik dərəcəsi orta səviyyədən yüksək deyildir. Qərb və bəzi Şərq dövlətlərində bu sahələrə (nanotexnologiya, tibb, biotexnologiya, kimya, hərbi sənaye, kimya sənayesi, informasiya texnologiyası, “beyin” məhsulu olan müxtəlif sahələr üzrə layihələr) sərmayə edilir. Çünki yüksək gəlir gətirir, ölkə üçün strateji sahələrdir, intensiv inkişaf edən sahələrdir. Bizdə sərmayə dedikdə, yüksək faiz və komision haqqa malik, girov təminatlı bank krediti, kredit xətti və dövlət maliyyələşdirilməsi (dövlət fondlarının maliyyəsi), qısamüddətli sərmayə və sadəcə borc öhdəliyi nəzərdə tutulur, cüzi şərtlərlə güzəştlər edilir.

Özəl fiziki və hüquqi şəxs olan sərmayədarlar azdır… Birbaşa sərmayə, ortaqlıq, vençur sərmayəsi, vençur kapitalı, biznes mələklərin sərmayəsi zəif inkişaf etmiş və demək olar ki, yoxdur. Çox zaman dövlət fondları tərəfindən ayrılan vəsait biznes üçün yetərli olmur, büdcəsinin kiçik bir hissəsini əhatə edir. Bank kreditlərinin biznes krediti kimi verilməsi, biznes üzrə büdcəni tam əhatə etməməsi, yəni biznesə lazım olan vəsaitin bank tərəfindən verilməməsi, təmiant kimi girovun tələb edilməsi, sənədlərin çox olması, proseduraların mürəkkəbliyi, kreditin qısa müddətə veriməsi, güzəştlərin edilməməsi, bankın risklərinin nəzərə alınması, bankın maraqlarının qorunması bank tərəfindən maliyyələşdirilmənin problemlərindəndir.
Əsas problem odur ki, bizdə konkret bir neçə sahəyə sərmayə edilir, yüksək riskli, qısamüddətli sahələrə (tikinti, kənd təsərrüfatı, turizm, idman) sərmayə qoyuluşu olunur. Digər sahələrə sərmayə edilməsi hallarına az rast gəlinir.
Sərmayə sahəsində olan bütün bu problemlər şirkətlərin və biznes adamlarının, işadamlarının, gənc “beyinlərin” sərmayə vəsaiti və maliyyə mənbəyinin axtarışını ölkədən kənarda, xaircdə davam etdirməli olur. Ora gedir, biznesini orada edir, oradan qeydiyyatdan keçir, vətəndaşlığını dəyişir, beləcə ölkəmizdə savadlı, gənc, işgüzar, peşəkar və potensialı olan və köməyə və maliyyə dəstəyinə ehtiyacı olan kadrlarımızın “beyin axını” və əmək miqrasiyası baş verir, bu isə özü bir riskdir, əməliyyat və ölkə, nüfuz riskidir.
Ölkəyə xarici sərmayələrin cəlb edilməsi məqsədilə, bir çox beynəlxalq tədbirlər həyata keçirilir. Bu tədbirlərdə mən şəxsən sərmayə meneceri kimi iştirak edirəm. Beynəlxalq tədbirlərin bir qismi nəticəsiz olur. Çünki formatı düzgün deyildir. Bizimkilər əslində bu cür tədbirlər vasitəsilə ölkəyə və ölkə iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə cəlb etmək istəyirlər. Amma əslində ftədbirdə iştirak xarici iştirakçılar öz ölkələrinə buradan maliyyə vəsaiti cəlb etmək istəyirlər, bizim iştirakçılar isə ölkəyə… Nəticədə sərmayə nə bizə cəlb edilmiş olur, nə də onlara. Bu hələ kiçik bir tərəfidir. Xarici iştirakçıların çoxusu offşor zonaları reklam edirlər, bu zonaların üstün cəhətlərini qeyd edirlər. Halbuki, offşor zonalar çirkli pulların yuyulması, leqallaşdırılması üçün ən əlverişlı yerlərdir.

Vergidən yayınma halları, onların bankları və sığorta və sərmayə şirkətlərində məlumat təşlükəsizliyi, kommersiya sirri anlayışının güclü olması, maliyyə cinayət və dələduzluqlarının bu zonalar vasitəsilə gizlədilməsi halları bir çox insanlara məlumdur. Offşor zonalardakı əməliyyatların çoxusu qanunaziddir, vergidən yayınma deməkdir, çirkli pulların yuyulması və leqallaşdırılması, cinayətkarlığın maliyyələşdirilməsidir. Bu bir yana, xarici qonaqlarımız öz ölkələrində biznes, əmlak almağı təklif edir, bu xidmətlər bahalıdır, biznes və əmlak bahalıdır, bu isə ölkədən iri məbləğdə pulların çıxarılması deməkdir. Üstəlik, bir çox qonaqlarımız biznes və əmlak alanlara öz ölkələrinin vətəndaşlığını təklif edirlər və vətəndaşlıq verirlər. Bizim vətəndaşlıq haqqında qanunda ikili vətəndaşlıq tanınmır. Bu isə o deməkdir ki, miqrasiya nəticəsində xarici vətəndaşlığı alan şəxslər ya ikinci vətəndaşlığını gizlədir, qanunu pozur, ya da vətəndaşlığımızdan çıxır və beləliklə, vətəndaşlarımızın sayı azalır. Ölkədən çıxarılan bu pullar ölkə daxilində sərf edilsə, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə etsələr, daha doğru olmazmı?!
Ardı olacaq…

Günel Emin,

Azinforum.az üçün

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …

Bir cavab yazın