Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Siyasət / “İndi növbədə birinci Paşinyandır” – Rəsul Quliyev

“İndi növbədə birinci Paşinyandır” – Rəsul Quliyev

“Düşünürəm ki, Prezident Makronla Prezident Əliyevin telefonla görüşündə çox mühüm məsələlər müzakirə olunub. Çox ehtimal Paşinyan Makrondan Əliyevə zəng etməyi xahiş edib”. 

Bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, iki prezident arasında müzkirə edilən məsələlər daha dərin, daha ciddi problemlərə toxunub:

“Mən bu mürəkkəb məsələlərin nə olduğunu təqribən bilirəm, ancaq açıqlamaq istəmirəm, çünki Azərbaycana zərər gətirə bilər.

Bir onu deyə bilərəm ki, Putinin Paşinyandan zəhləsi gedir və onu istənilən yolla uzaqlaşdırmaq fikrindən əl çəkməyəcək. Putin ekstra qisasçı adamdır. Jurnalist Politkovski, keçmiş KQB Berezovskinin adamı Litvinenko, Rusiyada baş nazirin birinci müavini olmuş Nemçovu, QRU-nun polkovniki və onun qızını zəhərlətdirməsi, Navalnını əvvəl öldürmək istədi, alınmayanda saxta cinayət işi ilə həbs etdirməsi… Bu çox kiçik bir siyahıdır. Putinin ətrafında olan bütün ölkələrin prezidentləri onun qisasçı xarakterindən çəkinirlər. İndi növbədə birinci Paşinyandır. Bu siyahını Zelenski, Moldovanın prezidenti, Pribaltika ölkələrinin və Polşanın prezidentləri ilə genişləndirmək olar. Prezident Əliyev bu təhlükəli adamın Azərbaycana ziyan vurmaması üçün əlindən gələni edir. Ancaq bu kifayət olacaqmı sualı həmişə qarşımızda dayanacaq”.

Həmçinin oxuyun

Sülhməramlılar erməniləri Xocalıda yerləşdirməyə başladı – ETİRAZ

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları 2020-ci ilin 10 noyabr …