Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / “İndi bu kişi adını daşıyan adam…” – Sabiq deputatdan ağır İTTİHAM

“İndi bu kişi adını daşıyan adam…” – Sabiq deputatdan ağır İTTİHAM

Sabiq millət vəkili və tanınmış jurnalist Etibar Hüseynov deputat Tahir Kərimlini tənqid edib. 
Azinforum.az  xəbər verir ki, E.Hüseynov sosial şəbəkədəki səhifəsində T.Kərimliyə xitabən aşagıdakıları yazıb:
“Buqləmun 2, uzağı 3 rəng ala bilir. Amma bu Tahir Kərimli neçə cildə düşməyi bacarır? Saymaq olmur. Efirə gedib, arxivimdə də durur. Bu adam 2003-cü ildə Sabirabaddakı mitinqdə İsa Qəmbərin vəkili kimi çıxış edir, Heydər Əliyev haqda dediklərini etika xatirinə yazmaq olmur. Çıxışının sonunda söyləyir ki, “əgər İlham Əliyev prezident seçilsə, bu ölkədən rədd olub getməsəm vicdansızam!” Amma ölkədən rədd filan olmadı, 12 il sonra Mili Məclisdə deputat oldu. İndi bu kişi adını daşıyan adam Heydər Əliyev haqqında timsahın göz yaşları axıdaraq duyğulu xatirələr danışır saytlara. Yaratdığına, qüdrətinə şükür, İlahi. Sən bunları necə xəlq edə bilirsən? Heyranam. Ədalətinə nə deyim..? Bu gün mən 2 ildir işsizəm, verilişimi bağlayıb, efirə çıxışıma qadağa qoyublar. Amma şükürlər olsun ki, məni buqləmun, yarasa kimi yaratmayıbsan. Bax buna görə sənə təşəkkür və şükürlər olsun…”

Həmçinin oxuyun

Deportasiya Qurbanları Cəmiyyəti bəyanat qəbul edib

Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması məqsədilə qəbul etdiyi qətnamə həm beynəlxalq hüquqa hörmətsizlikdir, …