Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / “İnanmıram ki, bu bəyanat Azərbaycanla İsrailin münasibətlərinə xələl gətirəcək” – DEPUTAT

“İnanmıram ki, bu bəyanat Azərbaycanla İsrailin münasibətlərinə xələl gətirəcək” – DEPUTAT

“Düşünmürəm ki, Azərbaycanın  İslam Konfransı Təşkilatının kollektiv qəbul etdiyi bəyanatı dəstəkləməsi İsraillə münasibətlərə xələl gələ bilər. Bu ölkənin rəhbərliyi vəziyyətə, Azərbaycanın mövqeyinə və hərəkətlərinə anlayışla yanaşacaq”,

Bu sözləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Turan-a müsahibəsində bildirib. Onun sözlərinə görə, bu məsələdə Türkiyənin fəallığına gəlincə, Ermənistan XİN rəhbəri Nalbandyanın İsrailə dəvət olunması, Knesetdə “erməni soyqırımı”nın tanınması məsələsinə təşəbbüs göstərilməsi ilk növbədə bizə yox, Ankaraya “cavab”dır.

“Düşünürəm ki, bütün hallarda həm biz, həm Türkiyə, həm də İsrail ki, qarşılıqlı faydalı münasibətləri konyektura ritorikasına qurban verməmək üçün müdriklik göstərəcək”, – R.Musabəyov əlavə edib.

Qeyd edək ki, Donald Tramp birtərəfli qaydada Qüdsü İsrailin paytaxtı elan etməklə Yaxın Şərqdə yeni gərginliyə yol açıb. Müsəlman ölkələrinin liderləri Amerika prezidentinə cavab vermək üçün İstanbulda toplaşıblar. İstanbulda İslam Konfransı Təşkilatı (İKT) sammitində qəbul edilən bəyannamədə Qüds Fələstinin işğal altında olan paytaxtı kimi tanınıb. Azərbaycan İKT sammitində iştirak edib. Prezident İlham Əliyev çıxış edərək prezident Trampı qalmaqallı qərarı ləğv etməyə çağırıb.

Həmçinin oxuyun

İqtidarın siyasi dialoq təşəbbüsləri davam edir

Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafı Prezident İlham Əliyevin dövlətçilik siyasətinin prinsipial istiqamətlərindəndir. Təqdirəlayiq haldır ki, ölkədə …