Cümə , İyun 21 2019
Ana səhifə / Siyasət / İnam Kərimova müavin təyin olundu – Yeni nazir müavini kimdir? + FOTO

İnam Kərimova müavin təyin olundu – Yeni nazir müavini kimdir? + FOTO

Kənd Təsərrüfatı Nazirliyində (KTN) yeni dəyişiklik olub.
Mia.az xəbər verir ki, bu barədə KTN-nin mətbuat katibi Anar Hüseynov açıqlama verib.
Onun sözlərinə görə, nazirliyin Hüquq Şöbəsinin müdiri İlhamə Qədimova nazir müavini təyin edilib.
Xatırladaq ki, İlhamə Qədimova Bakı şəhərində anadan olub.
1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə maqistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquqi təminat şöbəsində baş məslətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin oxuyun

ABŞ Qarabağ siyasətini dəyişir – DEPUTAT

Əslində Amerika sülh danışıqlarının təşəbbüsünü üzərinə götürüb. Yəni digər tərəflərin münaqişənin həllini öz üzərinə götürmək, …