Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Siyasət / “İlya Ermənistana mənə görə gəlmişdi, amma azərbaycanlılar…” – Vardanyan

“İlya Ermənistana mənə görə gəlmişdi, amma azərbaycanlılar…” – Vardanyan

Rusiyanın RBK telekanalı İlya Doronovun separatçı Ruben Vardanyanla açıqladığı “eksklüziv müsahibə”ni yayımlamaqdan imtina edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Vardanyan Teleqram kanalında məlumat verib.

Erməni separatçı açıqlamasında soydaşlarımıza böhtan atmaqdan da çəkinməyib. O, imtina qərarına “səbəb” kimi “azərbaycanlıların təhdidləri”ni göstərib.

“İlya Ermənistana xüsusi olaraq həmin müsahibə üçün gəlmişdi, söhbət videoya çəkilib və müsahibə onun tərəfindən elan edilib. Amma RBK bunu yayımlamaqdan imtina edir”, – Vardanyan bildirib.

Əslində, sözügedən telekanalın məlum müsahibəni Azərbaycan-Rusiya münasibətlərinin prinsiplərinə uyğun gəlmədiyi üçün yayımlamaqdan imtina etdiyi bildirilir.

Həmçinin oxuyun

Prezident deputatları təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında sərəncam …