Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / İlqar Məmmədovu karserə saldılar

İlqar Məmmədovu karserə saldılar

2 saylı koloniyada cəza çəkən REAL hərəkatının lideri İlqar Məmmədov 7 sutkalığa karserə salınıb. Bu barədə “Turan”-a onun vəkili Fuad Ağayev bildirib.

Bu gün vəkilə İ.Məmmədova belə cəza verilməsinin səbəblərini açıqlamayıblar və onunla görüşə icazə verməyiblər.

F.Ağayev Ali Məhkəmədə REAL liderinin kassasiya şikayətinə baxılması zamanı müdafiə taktikasının müzakirəsi məqsədlə İ.Məmmədovla görüşmək niyyətində olub.

Bundan əlavə, vəkil İ.Məmmədovla Avropa İnsan Hüquqları Məhkəməsinə ikinci şikayətin verilməsi və onun işi üzrə Strasburq məhkəməsinin birinci qərarının icrasının yubadılmasına dair məsələləri müzairə etmək istəyib.

Xatırladaq ki, İlqar Məmmədov 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşlarına görə 2013-cü il martın 17-də 7 il azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın