Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Siyasət / İlqar Məmmədovdan Əli Kərimliyə sual: “Bu məlumatı hakimiyyət daxilindən sizə kim ötürüb?”

İlqar Məmmədovdan Əli Kərimliyə sual: “Bu məlumatı hakimiyyət daxilindən sizə kim ötürüb?”

“AXCP sədri Əli Kərimlidən öyrənmək istəyirəm: Bazar ertəsi oktyabrın 24-də Milli Məclisdə “Partiyalar haqqında” qanuna dair geniş dəyirmi masanın, təxirə salınmış həmin o dəyirmi masanın keçiriləcəyi haqda məlumatı hakimiyyət daxilindən sizə kim ötürüb?  Özü də, həmin məlumat bizə, yəni hakimiyyətlə dialoqda olan partiyaya hələ gəlib çatmamış”.

Bunu REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.

“Təcili olaraq o bazar ertəsinə (!) mitinq təyin etmək və gündəmi sözügedən müzakirədən yayındırmaq ideyasını da məlumatı sizə ötürən şəxs verib, yoxsa öz təşəbbüsünüzdür?  Bu mövzuda özünə hörmət edən bir studiyada canlı efirdə ikitərəfli müzakirəyə də hazıram. Sizin hakimiyyətlə gizli dialoqunuz mənə REAL-ın hakimiyyətlə şəffaf dialoqundan hazırda daha maraqlı görünür” – İ.Məmmədov əlavə edib.

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Lukaşenko Ermənistanın regiona kənar qüvvələri cəlb etməklə bağlı oynadığı oyunu açıq mətnlə ifşa edib”

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki monitorinq missiyasının işini genişləndirməyə və vaxtını uzatmağa  ümid edir. Bunu parlamentdə …