Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Siyasət / İlqar Məmmədova növbəti dəfə fiziki təzyiq olduğu deyilir

İlqar Məmmədova növbəti dəfə fiziki təzyiq olduğu deyilir

Vəkil Fuad Ağayev: “Məsələni gələn həftənin əvvəli araşdıracam”

Oktyabrın 16-da ReAL Hərəkatının sədri İlqar Məmmədova saxlandığı 2 saylı cəzaçəkmə müəssəsində fiziki təzyiq göstərilib. Bu barədə Meydan TV-yə adının açıqlanmasını istəməyən mənbə məlumat verib. Məlumata görə, vəkili Fuad Ağayev İlqar Məmmədovun yanında olub. O, gedəndən sonra həbsxana rəhbərliyi İlqar Məmmədovu yenidən danışığa çağırıb və söhbətin sonunda İlqar Məmmədova fiziki təzyiq olunub. Söhbətin nə mövzuda olduğu bəlli olmasa da, son dövrlərdə İlqar Məmmədov özü də ona olunan təzyiqlərin əfv ərizəsi yazmaq istiqamətində olduqunu bildirirdi.
Hazırda vəziyyəti dəqiqləşdirmək mümkün deyil, sabah şənbə günü olduğu  üçün vəkillərin ziyarəti yeni qaydalara uyğun olaraq imkansızdır.
Mənbə onu da deyir ki, 2 saylı cəzaçəkmə müəssisəsinin rəhbəri nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı Eyvaz Əsgərovdur: “Görünür, Arif Əsgərov İlqar Məmmədovdan qol gücünə əfv ərizəsi aldırmaqla özü prezidentin əfv siyahısına düşmək istəyir”
Vəkil  Fuad Ağayev Meydan TV-yə deyib ki, o da bu barədə eşidib. Amma dəqiq heç nə deyə bilməz: “Şənbə və bazar günləri İlqar Məmmədovla görüşmək mümkün deyil. Ona görə də məsələni gələn həftənin əvvəli  araşdıracam. Ancaq mətbuat bu məsələni gündəmdə saxlamalıdır”.
musavat.com

Həmçinin oxuyun

“Əli Həsənov barədə bu iddialar doğru deyil” – PA yetkilisi

Bəhruz Həsənov: “Prezidentinin köməkçisi haqqında yanlış rəy formalaşdırmaq üçün qondarma faktlar yayırlar” “Meydan TV”-ni idarə …

Bir cavab yazın