Bazar ertəsi , Avqust 8 2022
Ana səhifə / Siyasət / İlqar Məmmədov Prezident Administrasiyasında

İlqar Məmmədov Prezident Administrasiyasında

ReAl Partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Bu barədə İlqar Məmmədov özü bildirib:
“Bu gün Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşümdə siyasi dialoqun indiyə qədər verdiyi müsbət nəticələri bir daha qeyd etdik. Prosesin bundan sonrakı strategiyasına dair geniş söhbət apardıq, əməkdaşlığımızın gələcəkdəki mümkün formalarına və istiqamətlərinə ilkin baxışlarımızı bölüşdük”.

İ.Məmmədovun sözlərinə görə, görüşdə ölkə gündəmində olan bir sıra məsələlərə də toxunulub. Media haqqında qəbul olunmuş yeni qanun, QHT qanunvericiliyə əlavə və dəyişikliklər haqqında REAL partiyasının Milli Məclisə təqdim etdiyi paket, siyasi partiyalar haqqında yeni qanunun qəbulu perspektivləri, əlavə və təkrar parlament seçkilərinin keçirilməsi məsələləri müzakirə edilib.

Həmçinin oxuyun

Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərin sayı artacaq – DEPUTAT

“Azərbaycan vətəndaşlığı üçün müraciət edən Qarabağdakı ermənilərin sayı artacaq”. Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.Millət vəkili …